RU
lombard
Azərbaycanda yeni radikal sekta yaranıb
16:51
1976

Azərbaycanda yeni radikal sekta yaranıb

Azərbaycan təkfirçilərinin (özləri kimi düşünməyən müsəlmanları kafir adlandıran qrup) lideri Adil Rəcəbov sələfi lider Qamət Süleymanova qarşı qruplaşma yaradıb və onun etibarsızlaşdırılması üçün fətva verib.

7news.az-a daxil olan məlumata görə, Adil Rəcəbov güc nümayiş etdirmək üçün Azərbaycan dindarlarını hakimiyyətə qarşı birləşməyə səsləyir və ölkəmizdən kənarda silahlı münaqişələrdə Azərbaycan dindarlarının iştirakının vaxibliyinə dair fətvalar verir. Məlumatda deyilir ki, təkfirçilik fitnəsi yayan Adil Rəcəbov dövləti dəstəkləyən sələfiləri də kafir elan edir.

Xatırladaq ki, A.Rəcəbov artıq dəfələrlə radikal fikirlərinə görə, polis tərəfindən cərimə edilib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ