Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO

Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO

Azərbaycanlı aktrisa Könül Nağıyeva Türkiyənin məşhur ulduzu Kaan Urgancıoğlu ilə "Gerçek olamaz" adlı yeni filmdə tərəf müqabili olacaq.

7News.Az Publika.az-a istinadən xəbər verir ki, sonuncu dəfə "Diriliş Ərtoğrul" serialında güclü və döyüşçü qadın rolu ilə yadda qalan həmyerlimiz bu dəfə drammatik sevgi hekayəsində əsas rolu canlandıracaq.

"Freemind Medya" istehsalı ilə lentə alınan filmin rejissoru Korhan Uğur və Könül Nağıyevadır. Dram janrında çəkilən ekran işinin təqdimat mərasimi bu ilin dekabr ayına planlaşdırılıb.

Qeyd edək ki, ekran işi sazda çalan Leyla adlı gənc qızın faciəli həyat hekayəsindən bəhs edir.

 

Filmdə Berkay Akın, Cansu Tuman, Tülin Özen , Çetin Sarıkartal və başqaları çəkilib. İnstaqramda yayılan kadr arxası görüntüləri təqdim edirik.

Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO

Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO

Azərbaycanlı aktrisa “Kara Sevda”nın Emiri ilə seriala çəkilir - FOTO

7News.Az

Xəbər lenti