Azərbaycanlı məşhurun restoranının yolunu bağladılar: Efirdə ÜSYAN ETDİ - FOTO

Azərbaycanlı məşhurun restoranının yolunu bağladılar: Efirdə ÜSYAN ETDİ - FOTO

Bakıda şərikli restoran biznesi ilə məşğul olan müğənni Niyam Salami "5/5"in canlı yayımında başına gələn hadisədən danışıb.

7News.Az xəbər verir ki, ifaçı işlətdiyi restorana gələn yolun kəsilərək yerində bina tikildiyini deyib.

Niyamın efirdə sözügedən problemlə bağlı çıxışı emosional alınıb:

 

"Restoran işlədirəm, amma indi problemlərlə üzləşirəm. İndi mən efir vasitəsi ilə deyirəm ki, sağımda da solumda da (restoranın yanında) bina tikirlər. Amma mən inanmıram ki, dədə-babadan deyiblər ki, "Yol vermək Əlidən qalıb". Yolu kəsiblər, gediş-gəliş yoxdur! Restorana gələn müştərilər əziyyət çəkirlər. Mən bilmirəm ki, müraciətimi kimə edim ki, niyə belə olur. Özbaşına necə yolu kəsmək olar? Xəritə də var, sənin sənədin var. Sənədlə hərəkət edirsən. Hökümətin qayda-qanunundan kim çıxa bilər? Restoranımdan 40 nəfər işçi evinə çörək aparır, buna görə çox xoşbəxt adamam. Amma mən hələ qazanmıram, ancaq canım gedir". 

7News.Az

Xəbər lenti