Azərbaycanlının da olduğu dəstə iş adamını belə qarət etdi - VİDEO

Azərbaycanlının da olduğu dəstə iş adamını belə qarət etdi - VİDEO
Moskvada iş adamı Aleksey Boqatıryevi qarət edən dəstə ələ keçib.

7news.az xəbər verir ki, Rusiya mətbuatı xəbər verir ki, hadisə oktyabrın 16-da baş verib. Belə ki, yolda biznesmenin avtomobilinin qarşısını kəsən şəxslər A.Boqatıryevin maşınından 90 min dollara yaxın pulu götürüb və onu döyüblər. Bundan sonra dəstə üzvləri hadisə yerindən qaçıblar.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində dörd nəfərdən ibarət dəstə saxlanılıb. Dindirilmə zamanı onlardan birinin azərbaycanlı olduğu müəyyən edilib. 30 yaşlı Əli Şirinov Azərbaycanda doğulduğunu və bir müddət əvvəl Moskvaya gəldiyini bildirib.


Xəbər lenti