“Azercell” İlhamə Quliyevanın vəfatını ələ saldı

“Azercell” İlhamə Quliyevanın vəfatını ələ saldı

Xəbər verdiyimiz kimi bu gün xalq artisti İlhamə Quliyeva dünyasını dəyişdi.

7News.Az-ın məlumatına görə, hər kəsin matəm içərisində olduğu bir vaxtda, "Azercell"şirkəti mərhum xalq artistini təhqir edib.

Belə ki, "Azercell" nömrəsi istifadə edən bir şəxsin paylaşdığı fotoda bu sözlər yazılıb: "İlhamə Quliyeva vəfat etdi! Daha ətraflı məlumat üçün telefonunuzun ekranında *222#YES yığın!".

Bu mesaj "Azercell" abunəçisinə 9999 mesaj xidmətindən gəlib,

Qeyd edək ki, müğənninin qohumu Əli Mirəliyev jurnalistlərə açıqlamasında bildirib ki, İlhamə Quliyevanın ürəyində trombla bağlı problem olub, həmçinin müğənninin böyrəyinin biri işləmirmiş.

Xəbər lenti