“Azərkosmos”un gəlirləri açıqlandı

“Azərkosmos”un gəlirləri açıqlandı

2018-ci ildə "Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti 24 ölkəyə 25,6 mln. dollar dəyərində telekommunikasiya və optik peyk xidmətləri satıb.

7News.Az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı”na əsasən, şirkət ötən il xidmət ixracını 12% artırıb.

"Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87%-ni təşkil edib. Təkcə ötən ilin dekabr ayında 16 ölkəyə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.

"Azərkosmos”un xidmətinin alıcıları sırasında 11,8 milyon dollar Fransa, 8,4 milyon dollar Malayziya, 1,5 milyon dollar Birləşmiş Ərəb Əmirlikləri, 941 min dollar Almaniya, 573 min dollar Gürcüstanın payına düşüb.

7News.Az

Xəbər lenti