RU
lombard
Badamdar sakinlərindən Heydər Əsədova ŞOK MÜRACİƏT:
14:48
9040

Badamdar sakinlərindən Heydər Əsədova ŞOK MÜRACİƏT:

AR-nın Prezidenti İlham Əliyev yanvar ayında “Kənd təsərrüfatı və ərzaq bazarlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.

Sərəncamda kənd təsərrüfatı məhsulları istehsalçılarının topdansatış və pərakəndə bazarlara çıxışının genişləndirilməsi üçün AR-nın Kənd Təsərrüfatı Nazirliyi tərəfindən şəhər və rayon mərkəzlərində kənd təsərrüfatı yarmarkalarının yaradılması, yarmarkalarda normal şəraitin təşkil edilməsi, ədalətli ticarət mühitinin formalaşdırılması və sui-istifadə hallarının qarşısının alınması nəzərdə tutulur.

Kənd Təsərrüfatı Nazirliyi Bakının müxtəlif rayonlarında keçirilən kənd təsərrüfatı məhsullarının həftəlik satış yarmarkarlarını yenidən bərpa edib. Yaxın zamanlarda 10 ünvanda yarmarkaların təşkili həyata keçiriləcək.

Bu məlumatları Kənd Təsərrüfatı  Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev açıqlamasında bildirib. Nazirlik sözçüsü qeyd edib ki, yarmarkalar həftənin şənbə və bazar günləri aşağıdakı ünvanlarda keçiriləcək:

 

Xətai rayonu – Məzahir Rüstəmov küçəsi (“Bakı” kinoteatrının yanı);

Səbail rayonu – Badamdar qəsəbəsi;

Nərimanov rayonu – Keşlə bazarının yanı;

Binəqədi rayonu – Dərnəgül qəsəbəsi;

Suraxanı rayonu – Əmircan qəsəbəsi.

Bugünlərdə 7News.az saytının redaksiyasına Kənd Təsərrüfatı Nazirliyi Bakının Səbail rayonu – Badamdar qəsəbəsində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkarları ilə bağlı ilginc məlumat daxil olub.

Məlumatda qeyd olunur ki, ilkin mərhələdə yarmarka sakinlərin ürəyincə olsa da son bir neçə ayda yarmarka sözün hər mənasında sakinlərin “kabusuna” çevrilib. Məsələ bundan ibarətdir ki, ilkin mərhələdə yarmarka bəlli bir vaxtda və bəlli qrafiklə fəaliyyət göstərsə də, sonradan hər şey nəzarətdən çıxmağa başladı.

Sakinlər əminliklə qeyd edirlər ki, baş verənlərdən Kənd Təsərrüfatı naziri Heydər Əsədovun heç bir məlumatı yoxdur.

Bir neçə dəfə aidiyyatı qurumlara məsələ ilə bağlı müraciət olunsa da ortaa konkret bir nəticə yoxdur. Təqdim etdiyimiz fotolardan da aydın olur ki, buranın biz bildiyimiz yarmarkaya heç bir aidiyyatı yoxdur. Gigienik qaydaların kobud şəkildə pozulmasına görə ərazidə təhlükəli viruslar sakinləri narahat etməyə başlayıb: “Bu yarmarkaya heç kim nəzarət etmir, konkret məsul şəxs yoxdur. Özbaşınalıq ən pik həddə çatıb. Məhsullar yerdə, torpağın üstünə tökülərəq satılır. Evimizə gəlib çıxmaq sözün əsl mənasında işgəncəyə çevrilib. Üfunət iyi, səs-küyün həddindən artıq çox olması sakinləri təngə gətirib.”

 

Uzun sürən çətinliklərdən sonra, əhalinin şikayət məktubları əsasında bu yarmarkalar ləğv edilmişdi.

Ancaq sən saydığını say, gör fələk nə sayır.

Artıq xeyli müddətdir ki, adı çəkilən ərazidə bu yarmarkalar yenidən fəaliyyətə başlayıb. Kim tərəfindən və nə üçün? – bax bu məlum deyil.

Bu barədə məlumatı 7News.Az-a məhz həmin ünvanda yaşayan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi, bina 6 və bina 8 ünvanlarında yaşayan sakinlər adından bina 8, mənzil 21-də yaşayan İsmayılov Ramil Mənsur oğlu bildirib. Onun sözlərinə görə, çox saylı şikayət məktublarından sonra bu cür qorxunc həyatdan canlarını qurtarmışdılar. Ancaq yenidən bu qorxulu həyat onların qarşısındadır. Çarəsizlikdən nə edəcəklərini bilmədiklərini dilə gətirən şikayətçi Azərbaycan Respublikasının Kənd Təsərrüfatını naziri Heydər Əsədova və Bakı Şəhəri icra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ərizə ilə müraciət etdiyini bildirib.

Müraciətlərinin heç bir nəticə vermədiyini dilə gətirən sakin, çıxış yolu axtardıqlarını və bu qorxunc həyatdan xilas olmaq istədiklərini deyib.

Həmin ərizəni təqdim edirik:

“Yazaraq sizin nəzərinizə çatdırırıq ki, yuxarıda adı çəkilən ünvanda bir neçə il bundan əvvəl kənd təsərrüfatı məhsullarının satışı yarmarkası təşkil olunmuşdur. Sonralar bu yarmarka bu ünvanda yaşayan sakinlər üçün problemə çevrildi. Belə ki, antisanitar vəziyyət baş verdi və binaların girişləri belə satıcılar tərəfindən zəbt olundu. Sonradan sakinlərin yazdıqları şikayət məktubları nəzərə alınaraq, həmin yarmarkalar yığışdırıldı. Bu sizin bizə ünvanladığınız 18.04.2014-cü il tarixli məktubunuzda göstərilmişdi.

Amma çox təəssüf olsun ki, bu il isti yay aylarında həmin yarmarka qanunsuz olaraq yenidən fəaliyyət göstərməyə başlamışdır. Bizə məlumdur ki, Bakı şəhərində olan kənd təsərrüfatı məhsullarının satışı yarmarkaları ləğv olunmuşdur. Ləğv olunmuş satış yarmarkalarındakı alverçilər, süni qiymət artımı ilə məşğul olur. Yenə də həmin antisanitar vəziyyət, həşəratlar, binalarının girişinin zəbt olunması və gecə-gündüz səs-küy. Bizə çox maraqlıdır ki, bu qanunsuz bazarları yaradan kimlərdir? Maraqlı bir fakt da budur ki, həmin ərazidə xidmət göstərən polis əməkdaşları sakinlərin şifahi şikayətlərinə məhəl qoymurlar.

Hörmətli Heydər müəllim və Hacıbala müəllim! Bütün sakinlər sizdən xahiş edirik ki, bu vəziyyətə son qoymaq üçün adiyyatı təşkilatlara göstəriş verəsiniz. Burada baş verən vəziyyətin fotoşəkillərini ərizəmizə əlavə edərək, sizə göndəririk və çox ümidliklə sizdən köməklik gözləyirik.

Hörmətlə Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsində yaşayan sakinlər”

7News.az

1233334444

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ