“Bakcell”dən yenilənmiş “Ulduzum” mobil tətbiqetməsi: eksklüziv endirim və güzəştlərə çıxış imkanı

“Bakcell”dən yenilənmiş “Ulduzum” mobil tətbiqetməsi: eksklüziv endirim və güzəştlərə çıxış imkanı

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti "Ulduzum” mobil tətbiqetməsini yeniləyib.

"Ulduzum”u yükləmiş Bakcell abunəçiləri bu proqramın tərəfdaşlarını asanlıqla tapıb, endirim kodlarını əldə edə, mövcud təkliflər və yeniliklər barədə məlumat ala bilərlər. Həmçinin, yeni tətbiqetmə sayəsində istifadəçilər qənaət olunmuş məbləğlər, qoşulduqları kampaniyalar, qazanılan "keşbeklər”, gün ərzində istifadə edilməyən kodlar və digər üstünlüklər barədə məlumat ala biləcəklər. Yeni tətbiqetmə həmçinin müxtəlif oyunlarda iştirak etmək və hədiyyə qazanmaq imkanı verir.

Yenilənmiş "Ulduzum” mobil tətbiqetməsini Android və iOS sistemləri ilə çalışan cihazlar üçün aşağıdakı linklərdən yükləmək olar:

https://apple.co/32yW5j5

http://bit.ly/UlduzumApp

Xəbər lenti