Bakı-Qazax yolunda qəza: Piyada öldü - FOTO

Bakı-Qazax yolunda qəza: Piyada öldü - FOTO

Bakı-Qazax yolunun Goranboy rayonu Dəliməmmədli şəhərindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə zamanı Məmmədov Gündüz Gülağa oğlunun idarə etdiyi "Mersedes” markalı 01-AD-207 dövlət nömrə nişanlı TIR yolu keçmək istəyən piyada, Dəliməmmədli şəhər sakini 1977-ci il təvəllüdlü Əmirahov Eldar Əmirah oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalar başlanılıb.

 

 

7News.Az

Xəbər lenti