Bakı sakini Prezidentə müraciət etdi

Bakı sakini Prezidentə müraciət etdi

Bakı şəhər sakini Bağırova Hürnisə Qüdrət qızı Prezident İlham Əliyevvə Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.

H.Bağırova müraciətində bildirib ki, 1996-cı ildən yaşadıqları binanın  yola tərəf həyət hissəsində qonşuların və Səbail Rayon İcra Hakimiyyəti Badamdar qəsəbə nümayəndəliyinin icazəsi ilə 3,5 sot torpaq sahəsində bağçılıq-bostançılıq məqsədilə təmizlik işləri aparıb, ağaclar əkiblər. 

"2005-ci ildə bu torpaq sahəsini sənədləşdirmək və övladlımızın birinə fərdi mənzil tikmək üçün Bakı Şəhər və Səbail Rayon İcra Hakimiyyətinə, Səbail Rayon Bələdiyyəsinə müraciət etdik. 

Səbail Rayon Bələdiyyəsinin müvafiq olaraq 2005-ci il 23 dekabr, 209 saylı qərarı ilə həmin torpaq sahəsi mənim adıma rəsmiləşdirildi”, - şikayətçi qeyd edir. 

H.Bağırova qeyd edib ki, bir müddət sonra, təxminən 2009-2010-cu illərdə həyat yoldaşı, ədliyyə polkovniki, mərhum Şahkişi Bağırov işdən tez-tez çıxa bilmədiyindən, həmçinin, tikinti aparmağa vaxtı olmadığından həmin torpaq sahəsini satıb hazır mənzil almaq istəyiblər:

"Bu işdə ona tanışı Musayev Zaməddin adlı bir şəxs kömək edəcəyini söz verdi. Ancaq bir müddət sonra bizə bəlli oldu ki, Zaməddin adlı şəxs Badamdar Bələdiyyəsinin sədri Bəybala Hüseynovla həmin torpaq sahəsini İlqar adlı bir şəxsə satıb və ona saxta yollarla sənəd düzəldiblər.

Bu barədə müvafiq orqanlara müraciət etsək də, bu günədək heç bir tədbir görülməyib. Həyat yoldaşım ağır xəstəlikdən vaxtsız dünyasını dəyişib. Uzun illər həyatını dövlətə xidmətə həsr edən bir insanın müraciəti sayılmaz qalıb

Bizə məxsus həmin torpaq sahəsinin kimlərsə tərəfindən və hansısa yollarla sənədləşdirilib satanların cəzalandırılmasını, torpaq sahəsinin bizə qaytarılmasına kömək göstərməyinizi Sizdən xahiş edirəm”.

 

7News.Az

Xəbər lenti