Bakıda 25 yaşlı qız xalası oğlu ilə sevgili oldu, gizli ev tutub yaşadılar, sonra... - ŞOK HADİSƏ

Bakıda 25 yaşlı qız xalası oğlu ilə sevgili oldu, gizli ev tutub yaşadılar, sonra... - ŞOK HADİSƏ
Bakı şəhərinin Sabunçu rayonunda törədilmiş dəhşətli qətlin təfərrüatı üzə çıxıb.

7News.Az publika.az-a istinadən xəbər verir ki, 24 yaşlı Mahmudova Afərim Vidadi qızının boğazını kəsərək öldürən 1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu onun xalası oğlu olub.

Belə ki, bir neçə ay əvvəl həyat yoldaşından ayrılan Afərim Gəncədən Bakıya köçüb və xalası oğlu ilə Zabratda kirayə ev tutaraq qeyri-rəsmi nikah münasibətində yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən və həftədə 2 dəfə Bakıdan rayona dərs deməyə gedən Dönməz də ailəsini Gəncədə qoyaraq Bakıda yaşayırmış.

D.Cəmşidzadə ilkin ifadəsində bildirib ki, A.Mahmudova ondan tez-tez Gəncəyə gedərək həyat yoldaşından rəsmən boşanmasını tələb edirmiş. Gecə saatlarında aralarında baş verən münaqişə zamanı o, əsəblərinə hakim ola bilməyib və bıçaqla xalası qızının boğazını kəsib.

25 yaşlı qızı öldürən şəxs daha sonra Gəncəyə gedib və ailəsi ilə görüşüb. O, törətdiyi əməllə bağlı atasına danışıb və atasının iştirakı ilə polis şöbəsinə gedərək təslim olub.

Faktla bağlı açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.
 

 7News.Az

Xəbər lenti