Bakıda 68 yaşlı qadının meyiti tapıldı

Bakıda 68 yaşlı qadının meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən 7News.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1951-ci il təvəllüdlü Kərimova Sevda Turab qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
 

7News.Az

Xəbər lenti