Bakıda ağac hərəkətdə olan maşının üstünə aşdı - VİDEO

Bakıda ağac hərəkətdə olan maşının üstünə aşdı - VİDEO
Bu gün səhər saatlarında paytaxtın Şamil Əzizbəyov, 124 ünvanında iri gövdəli ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Zərərçəkən şəxsin sözlərinə görə, ağac qəzalı vəziyyətdə olub və bununla bağlı sakinlər dəfələrlə Yaşıllaşdırma Təsərrüfatı Birliyinə məlumat veriblər. 

Qeyd edək ki, hazırda qəzanın fəsadları aradan qaldırılır.


 

7News.Az

Xəbər lenti