Bakıda avtobus sürücüsü qaydaları kobud şəkildə pozdu - VİDEO

Bakıda avtobus sürücüsü qaydaları kobud şəkildə pozdu - VİDEO

Sosial şəbəkələrdə Bakıda sərnişin avtobusunun sürücüsünün yol hərəkatı qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb.

Kadrlar "Avtomobil elanları” Facebook səhifəsində yerləşdirilib.

Videodan aydın görünür ki, avtobusun sürücüsü qaydaları pozaraq əks zolağa çıxır.

Onun bu hərəkəti digər sürücülərə çətinlik yaradır.

Sosial şəbəkə istifadəçiləri avtobus sürücüsünü kəskin şəkildə qınayıblar.

 

7News.Az

Xəbər lenti