Bakıda azyaşlı qıza təcavüz edildi - MƏHKƏMƏ

Bakıda azyaşlı qıza təcavüz edildi - MƏHKƏMƏ

Bakıda azyaşlı qız təcavüz edilib. 

 7News.Az xəbər verir ki, Yaşar Rzayev adlı şəxs köməksiz vəziyyətdə olan azyaşlı qıza - M.Ə-ya (ad, soy ad şərti) təcavüz edib.

Azyaşlının valideynlərinin şikayəti əsasında saxlanılan Y.Rzayev barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 


Onun cinayət işinin ibtidai istintaqı yekunlaşıb, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Novruz Kərimovun icraatına verilib. 

Məhkəmənin vaxtı hələlik açıqlanmayıb. 

Xatırladaq ki, Y.Rzayevin cinayət əməli sübuta yetirilərsə, onu 8 ildən 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

 

 7News.Az


Xəbər lenti