Bakıda dəm qazından öldüyü deyilən 2 uşaq anası özünü ASIBMIŞ - Təfərrüat - FOTO

Bakıda dəm qazından öldüyü deyilən 2 uşaq anası özünü ASIBMIŞ - Təfərrüat - FOTO
Bakıda dəm qazından öldüyü bildirilən 42 yaşlı Sevinc Orucovanın intihar etdiyi məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu ərazisində baş verib. 

Belə ki, S.Orucova iyunun 5-də özünü evdə asaraq, həyatına son qoyub. 

Onun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil. Faktla bağlı CM-nin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

----

Bakıda 42 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Oxu.Az xəbər verir ki, 1977-ci il təvəllüdlü Sevinc Orucova evində dəm qazından boğulub.

Bu barədə sosial şəbəkələrdə S.Orucovanın dostları paylaşım ediblər.

Məlumat üçün bildirək ki, xeyriyyə aksiyalarının fəal iştirakçısı olan Sevinc Orucova ailəli və iki uşaq anası idi.
 

7News.Az

Xəbər lenti