Əbülfəs Qarayev: ÜDM-in 4,5%-ni turizm gəlirləri təşkil edir

Əbülfəs Qarayev: ÜDM-in 4,5%-ni turizm gəlirləri təşkil edir

“Azərbaycana gələn turistlərin sayı 5 dəfədən çox artıb”.

Hazırda Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 4,5%-ni turizmdən gələn gəlirlər təşkil edir. 

7news.Az-ın məlumatına görə, bu sözləri Mədəniyyət və Turizm naziriƏbülfəs Qarayev bildirib. 

Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun 2015-ci il üçün “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir.

Nazir həmçinin əlavə edib ki, son 10 ildə Azərbaycana gələn turistlərin sayı 5 dəfədən çox artıb:

“Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində Azərbaycana gələn turistlərin sayı 5 dəfədən çox artıb.

Ə. Qarayev turizmin iqtisadi amil kimi inkişafı, bu sənayenin inkişafı nəticəsində yeni iş yerlərinin açılmasına müsbət təsirlərini qeyd edib. 

7news.Az

Xəbər lenti