Bakıda dönər evində gənc özünü doğradı - VİDEO

Bakıda dönər evində gənc özünü doğradı - VİDEO

Ötən gecə saat 03:00 radələrində paytaxtın Qara Qarayev metrosu yaxınlığında yerləşən dönər evlərinin birində 21 yaşlı gənc özünə bıçaqla xəsarət yetirib.

7News.Az-ın məlumatına görə, Lənkəran sakini, 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu bir günlük Bakıya qonaq gəlib. 

M.Əliyev dönərxanaların birində münaqişə yaşayıb. Nəticədə, sol qolunu doğrayıb. 

Çoxlu qan itirən M. Əliyev Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. 

Yaralıya tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

Xəbər lenti