Bu gecə Bakının Nərimanov rayonunda yol qəzası baş verib.

Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti”nə məlumat veriblər.

Bildirilib ki, səhərə yaxın, saat təxminən 4 radələrində "Gənclik” stansiyasının yaxınlığında, "Peugeot” markalı taksi ilə ilə  "Niva” markalı maşın toqquşub.

Qəza zamanı hər iki maşında xəsarət alanlar olub. Lakin "Niva” markalı maşının sürücüsü ağır yaralandığı üçün xəstəxanaya aparılıb.

Həmçinin bildirilib ki, avtomobildə ərəb turistlər də olublar. Onların da yüngün xəsarət aldıqları bildirilib.

Faktla bağlı araşdırma aparılır. 

 

7News.Az