Azərbaycanda iki səhmdar cəmiyyət

Azərbaycanda iki səhmdar cəmiyyət

ASC-lərin ləğvi barəsində “Vergilər” qəzeti məlumat yayıb.

Azərbaycanda Açıq Səhmdar Cəmiyyət (ASC) formasında fəaliyyət göstərən 2 müəssisə ləğv olunduğunu elan edib. 

Bu barədə 7News.Az “Vergilər” qəzetinə istinadən xəbər verir ki, müəssisələrdən biri “Gəncə Yağ-Piy” ASC-dir. 

Kreditorlar tələblərini Gəncə şəhəri, Heydər Əliyev prospekti, 53 ünvanına bildirə bilərlər. Digər müəssisə isə “Binəqədi Tikinti Mexanikləşdirmə” ASC-dir. 

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Binəqədi rayonu, 3121-ci məhəllə, Abay Kunanbayev küçəsi, 78A ünvanına bildirə bilərlər.

Xəbər lenti