Bakıda hindistanlı iş adamlarının şirkətlərindən 220 min manatlıq oğurluq

Bakıda hindistanlı iş adamlarının şirkətlərindən 220 min manatlıq oğurluq
Bakıda Hindistan vətəndaşlarına məxsus şirkətlərdən oğurluq olub.

7News.Az-ın "Report"a istinadən məlumatına görə, iş adamları - "Marvel Group” MMC-nin rəhbəri Paul Boney və "Megamax” MMC-nin rəhbəri Vimal Koyithanata hüquq-mühafizə orqanlarına müraciət edərək bildiriblər ki, 2018-ci ilin fevralından 2019-cu ilin mayına kimi olan müddətdə Binəqədi rayonunda yerləşən P.Boneyə məxsus şirkətdən 100 min, V.Koyithanatha məxsus şirkətdən 120 min dəyərində televizor, soyuducu, kondisioner oğurlanıb.

Hindistanlı iş adamları orada işləyən 5 kişi satıcıdan şübhələndiklərini deyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Marvel Group” və "Megamax” şirkətləri məişət texnikasının topdan və pərakəndə satışı ilə məşğul olur.
 
7News.Az

Xəbər lenti