Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi

Bakıda kişi xəstəxananın həyətində arvadının boğazını kəsdi

Bakıda ər arvadının boğazını kəsib. 

APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həyətində baş verib.

Xəstəxananın qeydiyyat şöbəsində işləyən, 1978-ci il təvəllüdlü Xavər İbrahimovanın həyat yoldaşı ailə münaqişəsi zəminində onun boğazını kəsib. Qadın xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. 

Xəstəxanadan yaralının vəziyyətinin ağır olduğu bildirilib.  

Faktla bağlı araşdırma aparılır.

 

7News.Az

Xəbər lenti