Bakıda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub - FOTO

Bakıda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub - FOTO

Bakının Nərimanov rayonunda Azərbaycan Milli Qəhrəmanı Albert Aqarunova heykəl qoyulub.

7News.Az-ın xəbərinə görə, rayonda A.Aqarunovun adına küçə də verilib.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Xatırladaq ki, Milli Qəhrəmanın adına doğulduğu Əmircan qəsəbəsində məktəb və küçə var.

Bu il şəhidin 50 illik yubileyidir.

 

 

7News.Az


Xəbər lenti