RU
lombard
Bakıda model və ginekoloqun ölümü: Qoçqanidən şok faktlar…
10:30
501

Bakıda model və ginekoloqun ölümü: Qoçqanidən şok faktlar…

Baku Medical Plaza klinikasının həkimi Sirus Qoçqaninin saxtakarlığı rəsmən sübuta yetirildi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Səidə Rüstəmova uzun müddətdən sonra, nəhayət ki, Sirus Qoçqaninin sertifikasiyadan keçmədiyini təsdiq edib. Bu haqda Reportyor.info-ya ictimai vəkil Samir Zeynalov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1-ci maddəsinə və Əhalinin Sağlamlığının Qorunması Haqqında Azərbaycan Respublikasının qanuna əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

Sertifikasiyadan "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

S.Zeynalov qeyd edib ki, Sirus Qoçqani 29.05.2019-cu il tarixdə icra etdiyi liposaksiya əməliyyatı nəticəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-ginekoloqu Sona Veliyeva Gürgün dünyasını dəyişmişdi.

 Azərbaycanda özünü plastik-estetik cərrah kimi təqdim edən, artıq 2 pasiyentinin əlində öldüyü Sirus Qoçqani əslində cərrah deyil.

Bununla belə, Sirus Qoçqani ölkəmizdə liposaksiya (piy sovurma) kimi ağır, riskli əməliyyatları gerçəkləşdirir. Bu ilin mayında onun bıçağı altında, əməliyyat masasında Səhiyyə Nazirliyi Elmi-Təhqiqat Ağciyər Xəstəlikləri İnstitutunun ginekoloqu Sona Gürgün Vəliyeva dünyasını dəyişib.

"Baku Medikal Plaza”da baş tutan acı sonluqlu əməliyyatdan sonra Sona Gürgün Vəliyevanın yaxınları onun ölümündə plastik-estetik cərrah Sirus Qoçqanini, assistenti olan həyat yoldaşını suçlulandırıblar.

Sona Gürgün Vəliyeva Sirus Qoçqaninin bıçağı altında dünyadan köçən ilk pasiyent deyil.

Bundan əvvəl, 2017-ci ilin iyununda Sirus Qoçqaninin liposaksiya əməliyyatına götürdüyü 22 yaşlı model Leyla Oruclu da dünyasını dəyişmişdi. O dövrdə Leyla Oruclunun ölümündən sonra Sirus Qoçqani mərhumun yaxınlarından uzaq gəzməyə çalışırdı. Mərhum modelin yaxınlarına xəbər yollamışdı ki, guya əməliyyatdan sonra psixologiyası pozulub.

22 yaşlı modelin anası Sevinc Oruclu qızının vəfatından sonra xəstəxanın anestezioloqunun və icraçı direktorunun onları ziyarət etdiyini, ancaq əməliyyatı həyata keçirən Sirus Qoçqaninin ortalıqda olmadığını açıqlamışdı.

Məsələ ilə bağlı Baku Medikal Plazanın mövqeyini öyrənməyə çalışsaq da, mümkün olmadı.

 

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ