Bakıda plazadan iri şüşə parçası yerə töküldü — xəsarət alanlar var - VİDEO

Bakıda plazadan iri şüşə parçası yerə töküldü — xəsarət alanlar var - VİDEO
Bakının Yasamal rayonunda binalardan birinin iri şüşə parçası iki nəfərin üzərinə düşüb.
7News.Az apa-ya istinadla xəbər verir ki, hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

Belə ki, Globus Plazaya məxsus binanın pəncərəsindəki iri şüşə parçası yerə düşərək, yoldan keçən 2001-ci il təvəllüdlü Qədirov Tunar Qabil oğlu və

1995-ci il təvəllüdlü Abdullayev Əşrəf Əhməd oğlunun xəsarət almasına səbəb olub. Hər iki şəxs ağır xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, plazadan APA-ya faktı təsdiqləyiblər.

Hadisənin hansı səbəbdən baş verdiyi isə açıqlanmayıb.
 


7News.Az

Xəbər lenti