Bakıda polislər yol qəzasında xəsarət aldı

Bakıda polislər yol qəzasında xəsarət aldı

Bakıda baş verən yol-nəqliyyat hadisəsi zamanı polis əməkdaşları xəsarət alıb. 

Bununla bağlı 7News.Az-a Xəzər Rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, oktyabrın 7-si saat 08:30-da Qala qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Vüsal Şükürovun idarə etdiyi "Mercedes” markalı avtomobil Pirallahı Rayon Polis İdarəsinin əməkdaşı, 1989-cu il təvəllüdlü polis serjantı Elton Məmmədovun sürdüyü "Hyundai”la toqquşub. 

Hadisə zamanı "Hyundai” markalı avtomobildə Pirallahı Rayon Polis İdarəsinin operatoru, 1989-cu il təvəllüdlü Natiq Ələsgərov da olub. 

Qəza nəticəsində polis əməkdaşları xəsarət alaraq, DİN-in hospitalına yerləşdirilib. Onlara kəllə-beyin travması və burunun sınığı diaqnozu qoyulub. 

Faktla bağlı araşdırmalar aparılır.

7News.Az

Xəbər lenti