RU
lombard
Bakıda qız üstündə
11:13
1581

Bakıda qız üstündə "razborka"

Bakı Apellyasiyar Məhkəməsində Bakı ş. sakini Ədalət Əhmədovun CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.

7news.az xəbər verir ki, ötən il noyabrın 14-də Xətai rayonu, Gəncə prospekti, ev 54, mənzil 75-də yaşayan Kamil Bədəlov
(1978-ci il təv.) Ədalət Əhmədov tərəfindən qətlə yetirilib.

Bakı şəhər Baş Polis İdarəsi Cinayət-axtarış idarəsi əməkdaşlarının əməliyyat-istintaq tədbirləri nəticəsində şübhəli şəxs ayın 15-də Gürcüstana qaçmağa cəhd edərkən Qazax rayonu ərazisində, sərnişin qismində getdiyi, həmyerlisi Vüsal İbrahimli tərəfindən idarə edilən “VAZ 2107” markalı avtomobildə saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Kamil Bədəlovla Xalıq Qurbanovun arasında tanıdıqları qız üstündə mübahisə yaranıb. İnsidentə əvvəllər məhkum olunan Kamilin qızdan əl çəkməsi üçün Xalıqdan pul tələb etməsi səbəb olub.

Ayın 14-də Qurbanov “razborkaya” gələrkən özü ilə dostu Ədalət Əhmədovu da gətirib. Görüş zamanı Kamil mübahisənin əsl mahiyyətini gizlətməyə çalışsa da, Ədalət bunu bilib və belə söhbətə onu niyə gətirdiyini dostuna irad tutub. Buna görə Qurbanov hadisə yerini tərk edib, Bədəlov isə Əhmədovu bilmədiyi söz-söhbətə qarışdığına görə təhqir edib.

Başlanan dava zamanı əvvəl Kamil Ədalətə bədən xəsarətləri yetirib, bundan əsəbiləşən sonuncu bıçaqla Bədəlova zərbə endirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs özünü 3 saylı xəstəxanaya çatdıraraq həkimlərə özünü Ramin adı ilə təqdim edib, qarın boşluğunun deşilmiş-kəsilmiş yarası ilə cərrahi əməliyyata götürülən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

O, kəskin qanitirmədən dünyasını dəyişib. Daxil olan məlumatla əlaqədar xəstəxanaya gələn Xətai RPİ 36-cı polis bölməsinin əməkdaşları araşdırma apararkən aydınlaşdırıblar ki, ölən şəxs Kamil Bədəlovdur.

Məhkəmə prosesində Ədalət Əhmədov özünü qismən təqsirli hesab edərək bildirib ki, Kamil Bədəlov onu vurmaq istəyərkən o, bıçağı əlindən alıb və həmin kəsici alətlə onu vurub:

“Hadisə dəniz kənarında olub. Kamil bıçağı cibindən çıxarıb açanda tez əlindən aldım və vurdum, sonra o qaçdı. Səhər tezdən mobil telefonuna zəng etdim, polis əməkdaşı götürüb dedi ki, Kamil rəhmətə gedib”.

Məhkəmə işin hallarına hüquqi qiymət verib belə nəticəyə gəlib ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli CM-nin 120.1-ci maddəsi ilə düzgün tövsif edilməyib, çünki təqsirləndirilən şəxsin zərərçəkəni qəsdən öldürməsi məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunmayıb. Ədalət Əhmədovun niyyəti Kamil Bədəlovdan qısas alaraq onu qəsdən məhrum etməyə yönəlməyib, o, həmin xəsarəti həmin şəxsin əlindən qurtulmaq məqsədi ilə yetirib. Bu və digər halları nəzərə alan məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edib.

Bakı Ağır Cunayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən zərərçəkən və təqsirləndirilən şəxs apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsi işi araşdırararq şikayətləri təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ