Bakıda Qlobal Forumun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq dəyərlərinin irəliləməsinin əlamətidir

Bakıda Qlobal Forumun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq dəyərlərinin irəliləməsinin əlamətidir

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi fəaliyyətimizin etirafının və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinin əlamətidir.

7News.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılışında deyib.

Prezident İlham Əliyev Forum iştirakçılarını salamlayıb, xüsusilə də Alyansın qurucu-atalarına təşəkkürünü bildirib.

Dövlət başçısı deyib: "BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu keçirmək bizim üçün böyük fəxrdir. Biz bunu fəaliyyətimizə və mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin irəliləməsinə etirafın əlaməti qismində nəzərdən keçiririk".

İlham Əliyev qeyd edib: "Mən Alyansın qurucu-atalarına - Türkiyə və İspaniyaya, Prezident Ərdoğana, keşmiş Baş nazir Sapateroya 10 ildən artıq müddətdir olan bu, fövqəladə vacib təşəbbüsə görə öz təşəkkürümü bildirmək istərdim".

Azərbaycan Prezidenti əlavə edib ki, beynəlxalq birlik tərəfindən dəstəklənən Alyansın yaradılması ideyası siyasətçilər - Prezident Ərdoğan və keçmiş Baş nazir Sapateronun müdrikliyinin göstəricisi olub: "Mən, həmçinin BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirə rəhbərliyinə, sülh, həmrəylik və dostluq dəyərlərinə verdiyi töhfə və irəliləyişə görə öz təşəkkürümü bildirmək istərdim".

Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan Sivilizasiyalar Alyansının vacib məsələlərini həll etmək üçün 140-dan artıq ölkə nümayəndəsinin Bakıda toplaşmasına görə fəxr edir.

Xəbər lenti