Bakıda qulaq ağrısı ilə xəstəxayana gətirilən körpə, 1 saatdan sonra öldü - CİNAYƏT İŞİ BAŞLANDI

Bakıda qulaq ağrısı ilə xəstəxayana gətirilən körpə, 1 saatdan sonra öldü - CİNAYƏT İŞİ BAŞLANDI
Bakıda uşaq ölümü baş verib. 
7News.Az medicina-ya istinadən xəbər verir ki, Banqladeş vətəndaşı, 33 yaşlı Khan Sazzadur Rashid Shakil və həyat yoldaşı, 23 yaşlı Səriyyə Rzayeva iki aylıq körpələri Zara Sazzadur Shakil qızını qulaq ağrısı ilə Qarayev adına 2 saylı kliniki uşaq xəstəxanasına aparıblar. 

Uşağa tibbi yardım göstərilsə də körpə bir neçə saat sonra dünyasını dəyişib. 
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
 

7News.Az

Xəbər lenti