RU
lombard
Bakıda Sobsan boya fabrikində baş verən yanğın davam edir - FOTO - VİDEO - YENİLƏNİB-6
22:48
752

Bakıda Sobsan boya fabrikində baş verən yanğın davam edir - FOTO - VİDEO - YENİLƏNİB-6

APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov yanğın baş verən əraziyə gəlib.

***

22:00

 

Hazırda Sobsan boya fabrikində yanğın partlayışla davam edir.

Fövqəladə Hallar Nazirliyi tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, hadisə yerinə FHN-in əlavə qüvvələri cəlb edilir.

Əraziyə 5 Təcili Tibbi Yardım briqadası göndərilib.

TƏBİB-dən APA-ya verilən məlumata görə, hər hansı bir xəsarətlə bağlı Təcili Tibbi Yardım briqadasına müraciət edən olmayıb.

 

***

21:38

APA-nın məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən əraziyə gəlib.

***

21:21

FHN tərəfindən ərazidə yaradılan Qərargahdan APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşını 20:19-da hadisə yerinə çatıb.  

***

21:10

Bakının Binəqədi rayonunda Sobsan boya fabrikində baş verən yanğınla əlaqədar FHN tərəfindən yaradılmış Qərargahdan APA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

***

21:03

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb.

Qərargahdan APA-ya verilən ilkin məlumata görə, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

***

20:48

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində başlanan yanğın partayışla müşahidə edilməkdədir. 

APA-nın hadisə yerində olan müxbirinin məlumtına görə, yanğının baş verdiyi əraziyə yaxın insanlar oradan təxliyə olunur.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğınsöndürmə işləri davam etdirilir.

 

***

20:33

Bakının Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikində yanğın başlayıb. 

APA-nın məlumtına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və texnikası cəlb olunub. 

FHN-dən APA-ya faktı təsdiqləyiblər. 

Əlavə məlumat veriləcək.


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ