BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT

BAKIDA ŞOK HADİSƏ: Azyaşlı uşağın ayaqlarını bir-birinə zəncirləyib evdə tək qoydular - FOTOFAKT
Redaksiyamıza Nasimi Rayonu Cavadxan küçəsi bina 56-da azyaşlı uşağın ayaqlarının anası və xalası tərəfindən bir-birinə zəncirlənməsinə dair məlumat daxil olub.

Anews.az-a daxil olan məlumata video və foto da əlavə edilib. 

Zərərçəkənin azyaşlı olmasını nəzərə alaraq, onun səsinin və əlamətdərinin tam düşdüyü videonu sizə təqdim etməsək də, məsələ ilə əlaqədar bütün dövlət qurumlarına təqdim edə bilərik. 

Video da azyaşlı açıq şəkildə deyir ki, onun ayaqlarını bir-birinə xalası zəncirləyib və 2 gündür evdə ayaqı zəncirlənmiş formada saxlanılır. Anası və xalası isə hər səhər işə gedirlər, axşam saat 12-ə kimi işdə olurlar. 

Onun sözlərinə görə, qapını da arxadan bağlayıblar və o ancaq evin içində ayaqı zəncirlənmiş formada hərəkət edə bilir. Hətta özünə yeməyi də o formada götürür.

Həmin fotonu sizə təqdim edirik:




Xəbər lenti