Bakının bu hissəsində su olmayacaq

Bakının bu hissəsində su olmayacaq

Bakı şəhəri Nərimanov rayonunda içməli suyun verilməsində məhdudiyyət olacaq. 

Bununla bağlı "Azərsu” məlumat yayıb.

"Rayon ərazisində yerləşən Atatürk parkının yenidən qurulması layihəsi çərçivəsində ərazidə yeni su xətləri çəkilir. Bununla əlaqədar bu gün gün ərzində Nərimanov rayonunun Atatürk parkına yaxın ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - məlumatda deyilir.

 

7News.Az

Xəbər lenti