Balakəndə qardaşlar qəzaya düşdü: ölən var

Balakəndə qardaşlar qəzaya düşdü: ölən var

Balakən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

7News.Az-ın məlumatına görə, hadisə fevralın 9-u gecə saatlarında rayonun Tülü kəndində qeydə alınıb.

Qazma kənd sakini Eltun Hacıyev idarə etdiyi "UAZ” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarındakı telefon dirəyinə çırpıb, nəqliyyat vasitəsi daha sonra yoldan çıxaraq aşıb. 

Qəza zamanı sürücü Eltun Hacıyev hadisə yerində ölüb.  Avtomobildə sərnişin qismində əyləşən onun qardaşı Məftun Hacıyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

7News.Az

Xəbər lenti