RU
lombard
Bank müdirinin qətlində təqsirləndirilən şəxslərə prokuror cəza istəyib
16:48
552

Bank müdirinin qətlində təqsirləndirilən şəxslərə prokuror cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Sənan Quliyevin CM-nin 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə törədildikdə), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və Mövlud Səfərovun CM-nin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə), 221.2.2 (xuliqanlıq, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə törədildikdə), 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

7news.az xəbər verir ki, ittiham aktına əsasən, hadisə bu il aprelin 21-də Tbilisi prospekti, 32 ünvanında yerləşən “Avropa” hotelində baş verib. Hotelin nəzdində yerləşən idman zalında münaqişə zəminində şəhər sakinləri Azər Məmmədov (1985-ci il təv.) döş qəfəsindən bir bıçaq xəsarəti və tanışı Ruslan Əfəndiyev (1971-ci il təv.) iki bıçaq xəsarəti alıblar. Hər iki yaralı Kliniki tibbi mərkəzə çatdırılsalar da, A. Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Daxil olan məlumatla əlaqədar araşdırmaya başlayan Nəsimi RPİ-nin əməkdaşları cinayəti törədənin Sənan Quliyev olduğunu müəyyən ediblər.Həmin axşam keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində adı çəkilən şəxs və onun tanışı, Mövlud Səfərov şübhəli şəxs qismində saxlanılaraq, istintaqa təqdim olunublar.

Məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı Sənan Quliyevə ömürlük, Mövlud Səfərova isə 20 il cəza təyin edilməsini istəyib. Daha sonra vəkillər çıxışları üçün məhkəmədən vaxt istəyiblər.

İş üzrə məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ