RU
lombard
Barışmaq məqsədi ilə hamilə arvadını bıçaqladı
09:56
1032

Barışmaq məqsədi ilə hamilə arvadını bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində Məhəmməd Əliyevin (1984-cü il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

7news.az xəbər verir ki, bu il aprelin 16-da Suraxanı rayonun Tağıyev küçəsində Məhəmməd Əliyev qeyri-rəsmi yaşadığı və həmin vaxt hamilə olan Ayşən Gülüşova (1992-ci il təv.) ilə mübahisə edib və əsəbilərini cilovlaya bilməyərək yoldaşına açılıb-qatlanan bıçaqla xəsarətlər yetirib. Qadın yerə yıxıldıqdan sonra, Məhəmməd Əliyev intihar etmək məqsədi ilə özünə də həmin alətlə xəsarət endirib. Səs-küyə gələn qonşular təcili tibbi yardıma zəng edərək, məlumat veriblər və hər ikisi 3 saylı şəhər xəstəxanasına çatdırılmaqla, əməliyyat olunub. Sağalandan sonra Əliyev barəsində məhkəmənin qərarı ilə həbs-qəti imkan tədbiri seçilib.

Məhkəmə prosesində M. Əliyev ittiham üzrə özünü qismən təqsirli hesab edərək, ifadəsində Ayşən Gülüşovanı qorxutmaq niyyəti ilə vurduğunu billdirib. “Bir neçə aydır ki, ayrılmışdıq, bacısının evində qalırdı, məqsədim yalnız barışmaq idi. Evə girdim, nə qədər yalvarsam da, mənimlə barışmayacağını dedi, ona görə hövsələdən çıxdım. Bıçağı çıxartıb, onu vurdum, Ayşənin yıxıldığını görüb, qorxdum və qaçdım. Hamilə olduğunu bilirdim".

Zərərçəkən Ayşən Gülüşova ifadəsində təqsirləndirilən şəxsdən şikayəti olmadığını və onu bağışladığını bildirib. “Məhəmməd çox qısqanc idi, heç yerdə işləmirdi. O birinci arvadından boşanmadığından, biz nigaha girə bilməmişdik. Həmin hadisədən 3 ay əvvəl ayrılmışdıq, o gün
8 yaşlı bacımoğlu Əliağa məktəbdən gəlmişdi. Yemək hazırladığım vaxt, qaz birdən-birə kəsildi, ona görə qapıdan çölə çıxdım ki, bəlkə ümumi xətdən kəsilib. Qapıda Məhəmmədi gördükdə niyə gəldiyini soruşdum və qapını örtmək istədim. lakin o içəri daxil olaraq, mənimlə barışmaq istədiyini deyib. Mən onun təklifini rədd etdim, gözlənilmədən Məhəmməd cibindən bıçaq çıxartaraq başıma və boğazıma zərbələr vurub. Səs-kuyə Əliağa dəhlizə çıxıb və baş verənləri görüb, məndən qan axdığını görən Məhəmməd ardınca özünə də xəsarət yetirib".

Dövlət ittihamçısı Ayşən Gülüşovanın istintaqda və məhkəmədə verdiyi ifadələrində ziddiyət olduğunu qeyd edərək, onu sorğu-sual edib.
Zərərçəkən istintaq dövründə hamilə və həyəcanlı olduğundan, nə danışdığını bilmədiyini deyib. O, artıq təqsirləndirilən şəxsə barışdıqlarını və övladı olduğunu bildirib.

Proses davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ