lombard

Baş redaktorun evini soyub, bacısının cehizlərini apardılar - Bakıda

Baş redaktorun evini soyub, bacısının cehizlərini apardılar - Bakıda
"Sportinfo.az” saytının baş redaktoru İlkin Vaqifoğlunun evi qarət olunub.

7News.Az xəbər verir ki, bu barədə qaynarinfo-ya onun özü məlumat verib. O bildirib ki, hadisə yanvarın 26-da səhərə yaxın baş verib:


"Biz Xırdalanın mərkəzində yaşayırıq. Oğrular dəstə halında olub. Onlar təxminən səhər saat 5:10-da evə daxil olublar. Bacım üçün cehizlik alınmışdı. Oğrular nə alınıbsa, hamısını aparıblar. Ümumilikdə hardasa 5 min manatlıq əşya oğurlanıb”.
 

İlkin Vaqifoğlu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin "102” xidmətinə məlumat verildiyini vurğulayıb:

"Abşeron Rayon Polis Şöbəsinin əmkadaşları hadisə yerinə gəlib. Artıq hadisə ilə bağlı təhqiqata başlanılıb”.
 
 
 7News.Az

Xəbər lenti