Başqa kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürüb - Azərbaycanda dəhşət - FOTO

Başqa kişilərə satdığı əmisi qızını zorlayıb vəhşicəsinə öldürüb - Azərbaycanda dəhşət - FOTO
Şəki Ağır Cinayətlər Məhkəməsində Ucarda qətl törətməkdə təqsirləndirilən İlkin Çıqqarovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

7News.Az ölkə.az-a istinadən bildirir ki, hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası aprelin 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il dekabr ayında Ucar rayonunda qeydə alınıb. Ucar rayon polis şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar polis əməkdaşları təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Ekspertiza rəyinə görə, Gülnar Həsimovanın boyun-boğaz və sol qolunda bıçaqla yetirilmiş ağır xəsarətlər aşkar olunub.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisəni törədən zaman sərxoş olub, qətldən əvvəl Gülnar Həşimovaya təcavüz edib və sonra ona 22 bıçaq zərbəsi vuraraq öldürüb.

Yayılan məlumata görə, İlkin Çiqqarov qətlə yetirdiyi əmisi qızının başqa-başqa kişilərlə pul müqabilində görüşünü təşkil edib.

Onların arasında mübahisənin pul üstündə yarandığı iddia olunur.

Faktla bağlı Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), maddəsi ilə cinayət işi başlanıb.
 

7News.Az

Xəbər lenti