Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı - VİDEO

Bayılda polis bölməsi qarşısında adam bıçaqlandı - VİDEO
Bakının Səbail rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

 Bayıl qəsəbəsində yerləşən 8-ci Polis bölməsinin qarşısında münaqişə yaranıb. Nəticədə 1978-ci il təvəllüdlü Hüseynov Elşad Dünyamalı oğlu bıçaqlanıb.

Onun tanıdığı şəxs tərəfindən bıçaqlandığı bildirilir.

Zərər çekən döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 


7News.Az

Xəbər lenti