Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində müşahidə olunacaq hava şəraiti açıqlanıb.

7News.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, martın 19-u axşam saatlarından güclü şimal küləyi səngiyəcək:

"Ən güclü külək bu gün müşahidə olunur. Küləyin hazırda maksimal sürəti saniyədə 25-28 metrdir”.

Umayra Tağıyeva qeyd edib ki, havanın temperaturu  martın 20-də müsbət doqquz dərəcə olacaq:

"Ayın 20-də Bakı və bəzi rayonlarda yağış yağacağı gözlənir. Martın 21-də mülayim yaz havası olacaq. Günorta saatlarında paytaxtda havanın maksimal temperaturu 12-14 dərəcə təşkil edəcək”.

7News.Az

Xəbər lenti