"Bəlkə mikrofonu da atıb gedim, oxumayım?" - Əfsanəvi müğənni Bakıda şoka düşdü - VİDEO - FOTO

Caz əfsanəsi Ceyms Braunun səsini və ifasını eşitmək üçün Roy Yanqı dinləmək yetər. Yamaykalı soul-ifaçı Roy Yanq Bakıda, Beynəlxalq Muğam Mərkəzində konsert verib.

Onun ifası soulun partlayışlı energetikası, dərin qara vokal, "Beatles"dən tutmuş Bob Marliyədək dünya səhnəsinin şedevrlərinə vintaj baxış, yalnız Roya məxsus emosiyalar burulğanı, hisslər toplusudur.

15 yaşından bəri səhnədə olan Roy Yanq məşhur "Motaun hökmdarı" Marvin Qeylə, ritm-n-blyuzun digər əfsanələri ilə əməkdaşlıq edib.

Soul virtuozunun Bakıdakı konserti də unudulmaz şouya çevrilib.

70 yaşlı yamaykalı ifaçı səhnəyə "Kings of Blues" qrupu ilə birlikdə çıxmışdı.

R. Young dünya şöhrətli ifaçılar James Brovn, Ray Charles, Bill Kobham, Billy Sheppard və Johnny Micchel ilə eyni səhnəni bölüşüb.

Tamaşaçı ilə dərin ünsiyyət quran, maraqlı səsə, açıqlıq və yumşaq yumor hissinə malik müğənni hər bir fəaliyyətini inanılmaz, parlaq bir şouya çevirməyi bacarır. Onun yaradıcılığında ən lirik əsərlər belə, caz və bluz ritmləri ilə maraqlanan tamaşaçıları rəqs etməyə sövq edir.

 

Roy Young yarım əsrdən çox yüksək karyeraya malikdir, dünyanın ən yaxşı caz festivallarında müntəzəm olaraq qonaq kimi çıxış edir.

Blyuz və svinq janrında mahnıların səsləndiyi konsertdə zaldakı tamaşaçılar da Roy Yanqla birlikdə oxumağa başlayıblar. Özü də ifa elə olub ki, Yanq improvizələrinə belə, ara verərək "Nə əcəb belə yaxşı oxuyursunuz?!" deyərək heyrətlənib.

Bir qədər sonra isə o, zaldan "təsadüfi tamaşaçı" xanımı səhnəyə dəvət edib. O, xanımla birlikdə mahnı oxumaq istəyirdi. Lakin tamaşaçının ifası elə möhtəşəm olub, Roy Yanq zarafatından qalmayıb: "Şoka düşdüm. Bəlkə mikrofonu da atıb gedim, oxumayım?"

İş onda idi ki, Roy Yanqın təsadüfən seçərək səhnəyə dəvət etdiyi xanım məşhur azərbaycanlı caz ifaçısı Tünzalə Qəhrəman idi.

Roy Yanq səhnəni kimlə bölüşdüyünün fərqində deyildi...

7News.Az


Бакинцы шокировали легендарного Рой Янга - он выхватил микрофон и

 

Xəbər lenti