RU
lombard
Bərdə İcra başçısının müavini İlham Məmmədovun oğlanlarının milyonluq avto kolleksiyası - FOTOLAR
00:43
4002

Bərdə İcra başçısının müavini İlham Məmmədovun oğlanlarının milyonluq avto kolleksiyası - FOTOLAR

7NEWS.az xəbər verir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat verib: "Bu fotoda gördüyünüz gənclər Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlanları, 03.03.1996 təvəllüd Nicat (ortada) və Kənan (sağda) Məmmədovlar və onların avtomobil kolleksiyasıdır.

Dövlət nişanlı 90LV800, 90HL333, 90OV800, 90OR800, 99GE080 nömrələrlə, Range Rover, Mercedec AMG S65, Mercedec S500, Toyota Camry avtomobilləri var. Nömrələrdən və insta hesablarından görünür ki, ən çox sevdikləri rəqəm 800 rəqəmidir. Mən onların avtomobillərini bir fotoya güclə sığdırdım, hələ bəziləri qaldı, şərhə ataram.

İcrabaşının müavinin balaları bu qədər talayırsa, hesablayın hansısa nazir, onun övladları nə hoqqalardan çıxır?! Bu ölkəyə tarakan kimi daraşıb, həşərat kimi gəmirirlər. Sərvət bitmir, göz doymur. Xalq isə 190 manatın möhtacındadır."
7NEWS.az <!-- /data/user/0/com.samsung.android.app.notes/files/clipdata/clipdata_200926_004212_534.sdoc -->

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ