Bərdədə dəhşətli qəza - ölən var

Bərdədə dəhşətli qəza - ölən var
İyunun 7-də Bərdə rayon ərazisində baş verən dəhşətli qəzanın görüntüləri yayılıb. 

Sosial şəbəkədə yer alan görüntülərdə "Qazel” markalı yük avtomobillərinin toqquşması əks olunub. 

Hadisədən dərhal sonra avtomobillərdən biri alışıb. 

Qeyd edək ki, 1995-ci il təvəllüdlü Elvin Mirzəyev və 1983-cü il təvəllüdlü Elnur Gülməmmədovun idarə etdikləri "Qazel” markalı yük avtomobillərinin toqquşması zamanı baş vermiş yanğın nəticəsində xəsarət alan İlyas Gülməmmədov və Nizami Əliyev dünyasını dəyişib.

Aparılmış istintaqla hadisənin Elvin Mirzəyev tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində saxlanılıb.



7News.Az

Xəbər lenti