Bəşəriyyətin taleyi tamamilə arılardan asılıdır

Bəşəriyyətin taleyi tamamilə arılardan asılıdır
Britaniya entomoloqu Corc Makgevin bildirib ki, arıların sayı azalmağa davam etsə, bütün bəşəriyyətin taleyi təhlükə altında olacaq.

7News.Az-ın esoreiter.ru-ya istinadən verdiyi xəbərə görə, alimlər bildirir ki, planetimizdəki müxtəlif canlılar həşəratların, xüsusən də arıların simbiozu nəticəsində yaranıb. Arıların yaranması təxminən 100 milyon il əvvələ, çiçəkli bitkilərin yarandığı dövrə təsadüf edir. Makgevin əmindir ki, arılar qlobal sistemdə əsas rol oynayırlar.

Onun sözlərinə əsasən, arılar olmasa, bizim yemək vərdişlərimiz ciddi şəkildə dəyişəcək, çünki onlarsız çiçəklər cə meyvə-tərəvəz də olmayacaq.

7News.Az

Xəbər lenti