“Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq” Gününə həsr olunmuş Gənclər Forumu keçirilib

“Beynəlxalq Mikro, Kiçik və Orta Sahibkarlıq” Gününə həsr olunmuş Gənclər Forumu keçirilib

 

İyunun 27-də Bakı Gənclər MərkəzindəAzərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə"BeynəlxalqMikro,Kiçik vəOrtaSahibkarlıq”Gününə həsr olunmuşGənclər Forumu keçirilib.

 

Tədbirdə gənclər və sahibkarlar, eləcə də aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

 

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Orxan Ərəbov qeyd edib ki, Forumun keçirilməsində məqsəd innovativbiznes layihələri, ideya təklifləri və uğurlu sahibkarlıq fəaliyyətiolan16-29 yaş kateqoriyasında gəncləri vəsahibkarları mövcud dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırmaq, cari sahibkarlıq fəaliyyəti ilə məşğul olan gənc sahibkarlara fəaliyyətlərinin genişləndirilməsi üçün imkanlar yaratmaqdır.

 

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Nadir Adilov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək tədbirləri və layihələr barədə məlumat verib, gənclərin dünyagörüşünün genişləndirilməsi, ixtisas biliklərinin artırılması, gənclərə peşəkar əmək fəaliyyətinə başlayanadək əmək vərdişlərinin aşılanması məqsədilə Agentlikdə "KOB Könüllüləri” Proqramının həyata keçirildiyini bildirib.

 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyəngənclər üçün"TEDx” formatında baş tutan məlumatlandırmasessiyasında gənc sahibkar Elvin Dadaşsoy, Sara Rəcəbli, Hüseyn Hümbətov gənclərlə öz təcrübəsini bölüşüb, sahibkarlıq fəaliyyəti ilə bağlı fikir və tövsiyələrini bildiriblər.

 

Sonra KOBİA-nın və Gənclər Fondunun fəaliyyət istiqamətləri ilə bağlı məlumatlar təqdim olunub və gənclərin sualları cavablandırılıb.

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif


Xəbər lenti