`Prezident olmasını istəyirəm`

`Prezident olmasını istəyirəm`

“Hillari Klintonun çox yaxşı dövlət başçısı olacağına tam əminəm”.

7News.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama bildirib. 

O, Hillari Klintona inandığını və onun ABŞ-ın növbəti prezidenti olmasını istədiyini deyib: 
“Klinton əla dövlət katibi olub. Bu tək mənim şəxsi fikrim deyil – bu bütün Amerika xalqının mövqeyidir. Onun dövrümdə siyasi maşın irəliləməyə başladı. O çox yaxşı işlər gördü. Klinton Amerikanın gələcəyi üçün çalışacaq”, - deyə Obama əminliyini ifadə edib. 

Bundan başqa ABŞ prezidentliyinə Demokratik Partiyasından namizədliyi irəli sürülən Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı xeyli qabaqlayıb. “İpsos” şirkəti tərəfindən 1-5 iyul tarixində birgə keçirilmiş sorğuya əsasən, Klinton seçicilərin səsinin 46 faizini, Tramp isə 33 faizini toplaya bilər. 

Seçicilərin 22 faizi isə heç bir namizədə səs vermək istəmədiyini bildirib.

Xəbər lenti