Biləsuvarda yeniyetmə özünü qonşunun bağında asdı

Biləsuvarda yeniyetmə özünü qonşunun bağında asdı

Biləsuvar rayonunda yeniyetmə intihar edib.

7News.Az-ın məlumatına görə, hadisə rayonun Çinarlı kəndində baş verib.

2004-cü il təvəllüdlü Həsənov Asəf Xeyrulla oğlu özünü qonşunun bağında asaraq həyatına son qoyub.

Bildirilir ki, yeniyetmənin valideynləri onu axşamdan axtarıblar və yalnız səhər saatlarında meyitini qonşunun bağında aşkar ediblər.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

7News.Az

Xəbər lenti