Binəqədidə dəhşətli qəza — Maşın ananı və uşağını vurdu - FOTO

Binəqədidə dəhşətli qəza — Maşın ananı və uşağını vurdu - FOTO

Bu gün səhər Binəqədi rayonunda dəhşətli yol qəzası baş verib.

"Ölkə.Az"ın hadisə yerində olan əməkdaşı bildirir ki, qəza Binəqədi rayonu, Binəqədi kəndi 3-cü mədən hissəsində baş verib.

"Opel Vita" markalı avtomobil yolu keçmək istəyən piyadaları vurub. Məlum olub ki, ana və övladı qəflətən yola çıxıb. Avtomobil isə sürətlə hərəkət etdiyi üçün vaxtında əyləcə basa bilməyib. Qəza nəticəsində piyadalar havaya qalxaraq yerə düşüb. Əraziyə dərhal polis və təcili yardım çağırılıb. Yol polisinin köməyi ilə yaralılar xəstəxanalara aparılıb. Bildirilir ki, uşağın vəziyyəti ağırdır. 
Sürücü isə qəzadan sonra hadisə yerindən qaçmayıb.

 

7News.Az

Xəbər lenti