RU
lombard
Binəqədidə iki qardaş bıçaqlandı
12:02
425

Binəqədidə iki qardaş bıçaqlandı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini Tehran Səlimovun (1968-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7news.az xəbər verir ki, bu il aprelin 18-i, gecə saat 00.30 radələrində Binəqədi qəsəbəsinin 1-ci mədən küçəsində əvvəllər məhkum olunmuş
Tehran Səlimov qeyri-rəsmi münasibətdə yaşadığı qadının bacısı oğlanları Elnur Nəsirovu və qardaşı Orxanı bıçaqlayıb, sonuncular Kliniki Tibbi Mərkəzə çatdırılıblar və onlara zəruri tibbi yardım göstərilib. Həmin gecə şübhəli şəxs Binəqədi RPİ 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məhkəmə prosesində T.Səlimov özünü təqsirli hesab edib və əməlindən peşman olduğunu bildirib. O, cinayəti şəxsi münasibətləri zəmnində törətdiyini və hadisə zamanı sərxoş vəziyyətdə olduğunu bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ