Biri 5 manata satılan yaşıl yumurta Azərbaycanda — Ağdan fərqi nədir?

Biri 5 manata satılan yaşıl yumurta Azərbaycanda — Ağdan fərqi nədir?
Dünyada son dövrlər məşhurlaşmağa başlayan yaşıl yumurtaya tələbat və maraq çox olduğundan artıq Azərbaycana da Türkiyədən bu yumurtalar gətirildi.
7News.Az medicina.az-a istinadən xəbər verir ki, sözügedən yumurtanın daha faydalı, vitamin və mineral tərkibi baxımından zəngin olduğu bildirilir. Ona görə onu ağ yumurta kimi ucuz əldə edə bilməyəcəklər. 
 
Lakin mütəxəssislər Şimali Amerika toyuqlarının yumurtladığı bu yumurtanın adi ağ yumurtadan heç nə ilə fərqlənmədiyini bildirir. 
 
"Yaşıl və mavi yumurta Şimali Amerika kökənli Amerikauna toyuq növünün məhsuludur. Digərlərindən yalnız rəngi ilə fərqlənir. Əslində digərləri ilə eyni qiymətə satılmalıdır. Bu yumurtalarda daha çox vitaminin olması fikri isə tamamilə əfsanədir. Bu yumurtada yaşıl qabıqdan başqa bir özəllik yoxdur”
 
Qeyd edək ki, Türkiyədə İsmet Koç adlı təqaüdçü ailəsi ilə birgə bu toyuqlardan ferma açıb və yumurtasını ixrac edir. 
 
O deyir ki, onun bu yumurtaları bir çox xəstəliklərin dərmanıdır, o xolesterin yaratmır. Koç hətta prezindentə belə yaşıl yumurta göndərdiyini iddia edir. 
 
Hazırda elan saytlarında 3-5 manata satılan yaşıl yumurtanın təkcə Türkiyədən gətirilmədiyi də məlum olub. Artıq bizdə də fermerlərdən ikisi bu toyuqlardan əldə edib, fermada yetişdirir. Azərbaycanda əldə olunan yaşıl yumurtanın ədədini 2 manata satırlar.
 
Bu yumurtanı sadəcə marağa və dadına baxmaq üçün alıb yemək olar. Amma təbii ki, bir yumurtaya 3-5 manat ödəmək ağlasığan deyil. Toyuq elə toyuqdur, yumurta da yumurta.
 
 
 7News.Az

Xəbər lenti