Birincilərin “Əlifba” sevinci

Birincilərin “Əlifba” sevinci
İyunun 8-də Bakı şəhəri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbin rus bölməsinin 1e sinfi əlifba bayramını qeyd edib.
AZƏRTAC xəbər verir ki, birincilər bilik və bacarıqlarını nümayiş etdirərək şeir və mahnılar oxuyub, müxtəlif səhnəciklər göstəriblər. Uşaqların Vətəni, ananı, müəllimi vəsf edən şeirləri xüsusi intonasiya ilə söyləməsi maraqla qarşılanıb. Balacalar bütün hərfləri tanıdıqlarını və sərbəst oxuduqlarını inamla nümayiş etdiriblər. Əlbəttə ki, valideynlərə övladlarının auditoriya qarşısında çıxışına tamaşa etmək çox xoş idi.
Gözəl səhnə tərtibatı, rəngarəng kostyumlar müəllim və şagirdlərin bayrama ciddi hazırlaşmasından xəbər verirdi.
Bayram tədbiri birincilərin hazırladığı fləşmobla yekunlaşıb.

Xəbər lenti